Bank Of Baku

Azərbaycan Bakının qaz şəbəkəsini idarəetməyə verməyəcək

Azərbaycan Bakının qaz şəbəkəsini idarəetməyə verməyəcək
# 11 noyabr 2011 12:19 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, xarici şirkətlər yalnız paytaxtın qaz şəbəkəsinin yenidən qurulmasında və müasirləşdirilməsində iştirak edəcək: «Biz bunun üçün Almaniyanın «EON» və «RUR» qaz şirkətləri ilə birgə müəssisə yaratmaq niyyətindəyik. Onların işi bununla yekunlaşır. İdarəetməni isə biz özümüz həyata keçirəcəyik».

ARDNŞ rəhbəri bildirib ki, Bakının qaz şəbəkəsinin yenidən qurulması layihəsinə şəbəkənin tamamilə elektronlaşdırılması, avtomatik sistemlərə keçirilməsi, eləcə də yerli mütəxəssislərin yeni texnologiyaları mənimsəməsi üçün treninqlərin keçirilməsi və s. daxildir: «Bütün boru xətlərinin elektron sistemləri ilə təmin olunması və son nəticədə qaz şəbəkəsinin onlayn idarə olunması nəzərdə tutulur».

R.Abdullayev bu işlərə artıq başlandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR