«Şahdəniz» qazının Avropaya nəqli üçün 4 ixrac variantına baxılır
Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilatın artacağı gözlənilir. Hazırda «Mərhələ 1»də hasilatın ən yüksək sabit səviyyəsinin ildə təqribən 9 mlrd. kubmetr qaz və gündə təxminən 50 min barel kondensat olacağı gözlənilir.
İlk üç rüb ərzində «Şahdəniz» üzrə fəaliyyətə 139,1 mln. dollar həcmində əməliyyat xərcləri və 467 mln. dollar əsaslı xərclər çəkilib. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq 169,9 mln. və 791,6 mln. dollar olacağı gözlənilir.
Paralel olaraq «Mərhələ 2» və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) üzrə işlər davam edir. «BP-Azerbaijan»dan bildirilib ki, layihənin 2-ci mərhələsi işə düşəndən sonra «Mərhələ 1»dən olan ildə təqribən 9 mlrd. kubmetr qaza ildə 16 mlrd. kubmetr qaz əlavə ediləcəyi gözlənilir.
İkinci mərhələyə körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, 2 yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 km sualtı boru kəməri şəbəkəsi, Azərbaycan və Gürcüstanda əlavə ixrac gücü, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir.
«BP-Azerbaijan»ın məlumatına görə, hazırda Xəzər dənizindən Avropaya qaz ixracı ilə bağlı təkliflər «Şahdəniz» konsorsiumu tərəfindən qiymətləndirilir və seçim qərarının bu ilin sonunda qəbul ediləcəyi gözlənilir. Həmin təkliflər oktyabr ayının 1-dək «Nabucco», Trans-Adriatik Boru Kəməri və «IGI Poseidon» konsorsiumları tərəfindən təqdim olunub.
«Bundan əlavə, «Şahdəniz» layihəsi qrupu, həmçinin regional olaraq mövcud və ya gələcək interkonnektor infrastruktur sistemi vasitəsilə Cənub-Şərqi Avropadakı bazarlara qaz ixrac edə biləcək dördüncü potensial ixrac variantını da qiymətləndirir», - deyə məlumatda bildirilir.
Xatırladaq ki, «Şahdəniz» layihəsinin səhmdarları BP (operator – 25,5%), «Statoil» (25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
Sənaye və energetika
Aİ ölkələri qış mövsümü üçün yeraltı anbarlara 22 mlrd. kubmetr qaz vurub
Dünya bazarlarında neft yenidən bahalaşır
"NYMEX" əmtəə birjasında təbii qazın qiyməti artıb
Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Xəbər Lenti
Peruda keçirilən seçkilərdə Keyko Fujimori qalib gəlib
İsrail ordusu Qəzzada HAMAS-ın yeraltı kompleksinə zərbə endirib
"Çikaqo Fayr" Levandovskini transfer etdiyini açıqlayıb
Tramp: Biz hərbi cəhətdən İrana qalib gəlirik
Qəribabadi: Hörmüz boğazındakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq
DÇ-26: Braziliya 1/8 finala çıxıb
Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə sıçrayıb
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatıb, 5000-dən çox insan yaralanıb
Livan hökuməti ordunu İsraillə sərhəd boyunca yerləşdirmək niyyətindədir
İran XİN: Yaxın günlərdə ABŞ tərəfi ilə heç bir səviyyədə danışıqlar aparmayacağıq
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
Quterreş terrorçuların yeni texnologiyalara uyğunlaşmasından danışıb
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Milli Müdafiə Universiteti HHQ ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edib
Fransa və Oman Hörmüz boğazının minalardan təmizlənməsində razılığa gəlib
Mehriban Əliyeva: Süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıb
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
Hacıqabulda 2 mərtəbəli ev yanıb - FOTO
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: Ermənistanı başa düşmürük
ADY yay qrafikinə keçir
Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olunub
“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Tehran-Dubay aviareysi bərpa olunub
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Ağ Ev: Atəşkəs üzrə öhdəliklərimizə əməl edirik, hücumlara cavab vermişik
Rəsmi Moskva: Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür
Birinci Türkoloji Qurultayın 100 illiyi: Bakı Türk dünyasının humanitar gündəmini müəyyənləşdirən platformaya çevrilir
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
Ağ Ev: Kuşner və Uitkof İranla danışıqlarda iştirak edəcək
Sabahdan bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadə etməsi qadağan olunub
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub
İyulda temperatur bəzi yerlərdə bir qədər yüksək olacaq - AYLIQ PROQNOZ
Qaluzin: Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib
Rusiya Dneprə ballistik raketlə zərbə endirib: 5 nəfər ölüb, 29 yaralı var - YENİLƏNİB
Almaniyada atışma baş verib, 5 nəfər ölüb
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Tramp neftin qiymətinin düşdüyünü bildirir