Bank Of Baku

Bu il Bakı-Ceyhan kəməri ilə 201 mln. barel neft nəql edilib

Bu il Bakı-Ceyhan kəməri ilə 201 mln. barel neft nəql edilib
# 24 noyabr 2011 12:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ümumilikdə təqribən 27 mln. ton (201 mln. barel) neft ixrac olunub. Layihənin operatoru olan «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın sonuna isə bu göstərici 29,7 mln. tona (222 mln. barel) çatıb.

Ümumilikdə, 2006-cı il iyun ayının 4-də ilk tankerin Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) yola salınmasından bu ilin oktyabr ayının sonunadək BTC vasitəsilə təxminən 175 mln. ton (təxminən 1 308 mln. barel) xam neft nəql edilib. Nəql edilən neft Ceyhanda 1 689 tankerə yüklənərək dünya bazarlarına göndərilib. BTC-nin indiyədək bir gün üçün ən yüksək ixrac göstəricisi 1,044 mln. barel olub.

Hesabat dövründə BTC üzrə əsaslı xərclərə 19,5 mln. dollar xərclənib. Bütün il üçün əsaslı xərclərin 65,9 mln. dollar olacağı gözlənilir.

Hazırda BTC-nin gündəlik ötürmə gücü 1,2 mln. bareldir. Kəmər Azərbaycandan əsasən «Azəri-Çıraq-Günəşli» nefti və «Şahdəniz» kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti nəql olunur.

Xatırladaq ki, «BTC Co.»nun səhmdarları BP (30,1%), «AzBTC» (25,00%), «Chevron» (8,90%), «Statoil» (8,71%), TPAO (6,53%), ENI (5,00%), «Total» (5,00%), «Itochy» (3,40%), «Inpex» (2,50%), «ConocoPhillips» (2,50%) və «Hess» (2,36%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR