Bank Of Baku

Avropa Birliyi “Nabucco” ilə bağlı mövqeyini dəyişir

Avropa Birliyi “Nabucco” ilə bağlı mövqeyini dəyişir
# 24 noyabr 2011 16:19 (UTC +04:00)
Bakı - APA-Economics. “Avropa Birliyi “Cənub dəhlizi” vasitəsilə böyük həcmdə Azərbaycan qazı alacaq”. “APA-Economics”-in “Reuters”-ə istinadən verdiyi məlumata görə, bu bəyanatla Avropa Birliyinin (AB) enerji komissarı Günter Ottinger çıxış edib.

Lakin komissar Azərbaycan qazının hansı layihə əsasında Avropaya ötürüləcəyini açıqlamayıb, eyni zamanda AB-nin “Nabucco” layihəsinin birmənalı tərəfdarı olduğunu da təsdiqləməyib: “Mən “Cənub dəhlizi”nin açılacağına əminəm. Lakin kimə qaz satacağına “Şahdəniz” konsorsiumu qərar verəcək”.

Enerji komissarı bu qərarın çox güman ki, gələn ilin fevralında veriləcəyini bildirib: “Mən əminəm ki, Xəzər regionundan Avropaya vacib həcmdə qaz ixrac olunacaq”.

G. Ottingerin sözlərinə görə, “Nabucco” layihəsi üzərinə işə başlanandan ötən müddətdə dünyanın qaz bazarında vəziyyət dəyişib: “Xüsusən qeyri-ənənəvi mənbələrdən, o cümlədən şist qazının alınması kommersiya baxımından daha cəlbedici olub. İnfrastruktura investisiya qoyulması isə artıq 5 il əvvəlki kimi cəlbedici deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR