Bank Of Baku

Azərbaycan neft məhsullarının istehsalını artırıb

Azərbaycan neft məhsullarının istehsalını artırıb
# 25 noyabr 2011 11:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalında 2,5% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 1,1 mln. ton avtomobil benzini, 523,2 min ton ağ neft, 2,1 mln. ton dizel yanacağı istehsal olunub, sürtgü yağlarının istehsalında 13,8%, neft bitumunda 7,6%, ilkin emal benzinində 4,4% artım müşahidə olunub: «Neft emalı müəssisələrinin anbarlarında 54,1 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 22,5%-i qədər hazır məhsul olub».

Qeyd edək ki, 2011-ci il noyabrın 1-i vəziyyətinə əsas istehlakçılarda 260 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,1% az mazut yanacağı, 18,9 min ton və ya 2,2% çox avtomobil benzini, 20 min ton və ya 2% çox dizel yanacağı, 14,1 min ton və ya 35,6% çox aviasiya üçün və sair ağ neft, 1,9 min ton və ya 46,1% çox maye qaz, 1,7 min ton və ya 5,6% az sürtgü yağları, 8,1 min ton və ya 9% az daş kömür ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR