Bank Of Baku

“LUKoil”un xalis mənfəəti 15,5% azalıb

“LUKoil”un xalis mənfəəti 15,5% azalıb
# 25 noyabr 2011 12:12 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin III rübündə Rusiyanın “LUKoil” neft şirkətinin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5% azalaraq 2,39 mlrd. dollara enib.

APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, şirkətin açıqladığı maliyyə hesabatında bildirilir ki, bunun əsas səbəbi rublun dəyərdən düşməsi olub.

Bununla belə, cari ilin 9 ayında “LUKoil”un mənfəəti 32% artaraq 9 mlrd. dollara, gəlirləri isə 30% artaraq 99,1 mlrd. dollara çatıb. Bu, hesabat dövründə karbohidrogen ehtiyatlarının qiymətinin artması sayəsində mümkün olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR