Bank Of Baku

Azərbaycanın sənaye və energetika nazirinin müavini Fransa İnkişaf Agentliyinin nümayəndəsi ilə görüşüb

Azərbaycanın sənaye və energetika nazirinin müavini Fransa İnkişaf Agentliyinin nümayəndəsi ilə görüşüb
# 25 noyabr 2011 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov Bakıda səfərdə olan Fransa İnkişaf Agentliyinin Azərbaycan üzrə nümayəndəsi Paskal Qranqeral ilə görüşüb. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.

Onun sözlərinə görə, P. Qranqeralın Azərbaycana səfəri Bakıda keçiriləcək Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının tədbirində iştirakı ilə bağlıdır.

«Görüş zamanı P.Qranqeral Fransa İnkişaf Agentliyinin Azərbaycanda bir sıra sahələr, əsasən də alternativ və bərpa olunan energetika sahəsində layihələri maliyyələşdirmək niyyətində olduğunu bildirib», - deyə A.Mənsimli bildirib.

Məlumat mübadiləsi aparılan görüş zamanı P.Qranqeral qeyd edib ki, Azərbaycana növbəti səfəri zamanı müvafiq texniki heyət də gələcək ki, konkret layihələr ətrafında müzakirələr aparılsın.

Görüş zamanı N.Abbasov Azərbaycanda alternativ və bərpa olunan energetika sahəsinin mövcud vəziyyəti, aparılan işlər, layihələr və perspektivlər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Fransa prezidenti Nikolya Sarkozinin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycanla Fransa İnkişaf Agentliyi arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Xatırladaq ki, Fransa İnkişaf Agentliyinin dünyada 60-dan çox ofisi fəaliyyət göstərir. Agentlik hazırda 90-dan çox ölkə ilə əməkdaşlıq edir, müxtəlif layihələri maliyyələşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR