Bank Of Baku

Rusiya AES tikintisi üçün Belarusa 10 mlrd. dollar kredit ayıracaq

Rusiya AES tikintisi üçün Belarusa 10 mlrd. dollar kredit ayıracaq
# 25 noyabr 2011 15:13 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya Belarusda ilk atom elektrik stansiyasının (AES) tikintisi üçün bu ölkəyə 10 mlrd. dollar kredit ayıracaq. “APA-Economics”in xəbərinə görə, bu barədə Rusiyanın baş naziri Vladimir Putin bildirib.

Onun sözlərinə görə, bu vəsaitin istifadə müddəti 10 ildir. Minsk borcunu 15 il müddətində ödəməlidir.

Qeyd edək ki, Belarusda 2,4 min MVt gücü olan AES-in tikintisi planlaşdırılır. AES iki blokdan ibarət olacaq, hər blokun gücü 1,2 min MVt olacaq. layihənin baş podratçısı Rusiyanın “Atomstroyeksport” şirkətidir. AES-in ilk blokunu 2017-ci, ikinci blokunu isə 2018-ci ildə istifadəyə vermək planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR