Bank Of Baku

Rusiya ilə Belarus arasında yeni qaz müqavilələri imzalanıb

Rusiya ilə Belarus arasında yeni qaz müqavilələri imzalanıb
# 25 noyabr 2011 16:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiya ilə Belarus arasında 2012-2014-cü illərdə qazın təchizatı və nəqlinə dair müqavilələr imzalanıb. «APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bundan başqa, Rusiyanın «Qazprom» şirkəti Belarusun «Beltransqaz» şirkətinin səhmlərinin 50%-nin alınmasına dair saziş imzalayıb. Bu sövdələşmənin dəyəri 2,5 mlrd. ABŞ dolları təşkil edir. Bununla da, «Qazprom» Belarusun bütün qaz-nəqliyyat sisteminin vahid mülkiyyətçisinə çevrilib. Belə ki, «Qazprom» şirkəti «Beltransqaz»ın səhmlərinin ilk yarısını 2000-ci ildə eyni qiymətə əldə edib.

Bundan öncə, Belarus bir neçə dəfə «Beltransqaz»ın yerdə qalan 50% səhmlərinin satışa çıxarılmasına hazır olduğunu bildirərək, bunun müqabilində qaza olan qiymətdə güzəşt tələb edirdi.

Tərəflər arasında imzalanan müqavilələrə əsasən, 2012-ci ildə Rusiyanın Belarusa 1 000 kubmetr qazı 165,6 dollara satacaq, 2013-2014-cü illərdə isə mavi yanacağın qiyməti inflyasiyanın səviyyəsindən asılı olacaq.

Qeyd edək ki, Rusiyada 2012-ci ildə 1 000 kubmetr qazın orta qiyməti 106-107 dollar olacaq. Bu ilin sonunadək isə tərəflər arasında 2006-cı ildə imzalanmış müqaviləyə əsasən, Belarus Rusiyadan qazı 244 dollara alacaq.

İki ölkə arasında qaz müqavilələrinin imzalanmasından sonra Rusiyanın energetika naziri Serqey Şmatko Rusiya ilə Belarus arasında «qaz müharibəsi»nə artıq son qoyulduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR