Bank Of Baku

Azərbaycanın mədənçıxarma bölməsində istehsal azalıb

Azərbaycanın mədənçıxarma bölməsində istehsal azalıb
# 26 noyabr 2011 10:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk on ayı ərzində Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 21,7 mlrd. manat olmaqla ötən ilin müvafiq dövrünün səviyyəsindən 6,8% az olub.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sahənin əsas məhsulu hesab olunan xam neft hasilatı 39 mln. ton, təbii qaz hasilatı isə 21,6 mlrd. kubmetr təşkil edib. Ötən ilin yanvar-okytabr ayları ilə müqayisədə neft hasilatı 8,9%, qaz hasilatı isə 2,5% azalıb.
Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən on ay ərzində 2,4 mln. ton çınqıl, qırma daş, xırda çay daşı, 886,6 min ton tikinti qumu, 302,3 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR