Bank Of Baku

CEIBC “Baltic Energy” jurnalının təqdimatını Polşada keçirəcək

CEIBC “Baltic Energy” jurnalının təqdimatını Polşada keçirəcək
# 28 noyabr 2011 10:13 (UTC +04:00)
Bakı - APA-Economics. Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) nümayəndə heyəti bu gün Polşada işə başlayan VI Enerji Forumunda iştirak edir.

Klubdan “APA-Economics”ə verilən məlumata görə, forum çərçivəsində “Caspian Energy International Media Group” yeni layihəsi “Baltic Energy” jurnalının potensial investorlar üçün təqdimatını keçirəcək.

CEIBC prezidenti və baş icraçı direktoru Telman Əliyev bildirib ki, ildə dörd dəfə rus və Azərbaycan dillərində dərc olunacaq jurnal Baltik və Şimal dənizləri regionlarında baş verən enerji və iqtisadi hadisələri işıqlandıracaq. İnternetdə jurnal www.baltenergy.net saytında yerləşəcək və “Caspian Energy” internet-portallarının vahid sisteminə inteqrasiya ediləcək.

Forumun gedişində dövlət strukturlarının, transmilli şirkətlərin nümayəndələri və Avropa tərəfdaşları ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Polşadakı VI Enerji Forumunun (www.forum-ekonomiczne.pl) əsas mövzusu Avropa İttifaqının enerji siyasətinin təhlilidir. Forumda Ümumi enerji siyasətinin əsas nizamnamələrinə və Avropa İttifaqının enerji-iqlim paketinin həyata keçirilməsi məsələlərinə toxunulacaq. Konfransda mühüm Avropa müəssisələrinin və enerji sektorunun nümayəndələri, tənzimləmə üzrə orqanları, enerji bazarının liderləri və aparıcı Avropa təhlil mərkəzlərinin ekspertləri iştirak edir.

Forum noyabrın 28-dən 30-dək Sopot şəhərində keçirilir. Forumun təşkilatçıları Varşavadakı Şərqi Avropa Tədqiqatları İnstitutu və Sopot şəhəridir.

Konfrans Avropa İttifaqı üçün enerji sektoruna aid olan əsas mövzulara - Avropa enerji bazarının inkişaf və inteqrasiya perspektivlərinə, Aİ-nın “20-20-20” paketinə, enerji sahəsində özəlləşdirməyə, nüvə yanacağının gələcəyinə və energetikada innovasiya texnologiyalarına həsr olunur. Proqramın əsas məqamı Köhnə qitədə nüvə enerjisinin gələcəyi barədə diskussiyadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR