Bank Of Baku

Azərbaycanda tikinti materialları istehsalı 36% azalıb

Azərbaycanda tikinti materialları istehsalı 36% azalıb
# 28 noyabr 2011 11:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda tikinti materialları sənayesində müəssisələr tərəfindən 212,9 mln. manatlıq və ya ötən ilin analoji dövrünə nisbətən 36,4% az məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sənaye müəssisələri tərəfindən 11,4% çox və ya 1 195,8 min ton sement, 90,5 min ton tikinti gipsi (2,7 dəfə çox), 933,8 min ton hörmə üçün hazır beton qarışığı (+5,8%), 34,3 min kubmetr betondan yığma-tikinti konstruksiyaları (-2,6%), 304 min ton asfalt (-42%) və 199,4 min kubmetr tikinti kərpici (-15,8%) istehsal edilib.

Qeyd edək ki, 2011-ci il noyabrın 1-nə müəssisələrin anbarlarında 9,6 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 4%-i qədər hazır məhsul ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR