Bank Of Baku

Bakıda “GreenEvo” iqtisadi seminarı keçirilir

Bakıda “GreenEvo” iqtisadi seminarı keçirilir
# 29 noyabr 2011 08:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Sənaye və Energetika Nazirliyi (SEN) və Polşanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “GreenEvo” (Green Evolution - Yaşıl Texnologiyaların Akseleratoru) iqtisadi seminarı işə başlayıb.

APA-Econnomics”in xəbərinə görə, tədbirdə çıxış edən Polşanın Azərbaycandakı səfiri Mixail Labenda qeyd edib ki, Polşa hər il innovasiya, ekologiya və ətraf mühitin qorunmasına çoxlu vəsait xərcləyir. “GreenEvo” layihəsi barədə məlumat verən səfir deyib ki, layihənin əsas məqsədi bir neçə ölkədə yaşıl təcrübə və potensialın artırılmasıdır: “Bu sahədə ölkələrimiz arasında əlaqələr yaradılıb inkişaf etdirilə bilər. Bunun üçün lazımi imkanlar və potensial da mövcuddur”.

SEN-in Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov bildirib ki, Azərbaycan ölkədə bu sahənin potensialını araşdırıb və artıq yaşıl texnologiyaları tətbiq etməkdədir. Sahənin üstünlüklərindən danışan C.Məlikov deyib ki, Azərbaycanın bu sahəni inkişaf etdirmək üçün bir sıra layihələr həyata keçirir: “Perspektivdə isə bu sahə gəlir mənbəyinə çevrilə və ölkə iqtisadiyyatının artımına gətirib çıxara bilər. Bunun üçün Azərbaycanda potensial da var”.

Qeyd edək ki, tədbir çərçivəsində bu sahədə fəaliyyət göstərən bir sıra Polşa şirkətlərinin nümayəndələri təqdimatlar keçirib, təklif etdikləri məhsul və xidmətlər barədə məlumat verib, Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün tərəfdaş axtardıqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR