Bank Of Baku

Azərbaycan prezidenti Dövlət Neft Şirkətinin strukturunda dəyişiklik edilməsi barədə fərman verib

Azərbaycan prezidenti Dövlət Neft Şirkətinin strukturunda dəyişiklik edilməsi barədə fərman verib
# 29 noyabr 2011 17:00 (UTC +04:00)
Bakı-APA. Dövlət başçısı İlham Əliyev Azərbaycan prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strukturu”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. APA-nın məlumatına görə, ölkə prezidenti Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 36; 2004, № 9, maddə 681; 2005, № 2, maddə 73; № 12, maddə 1109; 2006, № 9, maddə 736; 2007, № 3, maddə 219; 2009, № 7, maddə 529, № 10, maddə 777; 2010, № 4, maddə 298; 2011, № 9, maddə 789) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strukturu”na aşağıdakı məzmunda 11.22-ci bənd əlavə edilsin:
“11.22. Bakı Ali Neft Məktəbi.”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR