Bank Of Baku

Azərbaycanda emal bölməsində istehsalın həcmi 8% artıb

Azərbaycanda emal bölməsində istehsalın həcmi 8% artıb
# 30 noyabr 2011 07:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 4,8 mlrd. manatlıq sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə istehsalın həcmi 7,6% artmaqla daha çox hissəsi qida məhsullarının istehsalının payına düşüb.

«Əksər qida məhsullarının istehsalında artım müşahidə olunub. Belə ki, kolbasa məmulatlarının istehsalı 11% artaraq 1,6 min ton, pendir və kəsmik istehsalı 2,2% artaraq 36,9 min ton, ət 4,6% artaraq 214,9 min ton, süd 5,4% artaraq 590,4 min ton, kərə yağı 0,8% artaraq 17,6 min ton, qənd və şəkər tozu 17,2% artaraq 295,5 min ton olub», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR