Bank Of Baku

Azərbaycan Türkiyədə qaz şəbəkəsi alacaq

Azərbaycan Türkiyədə qaz şəbəkəsi alacaq
# 30 noyabr 2011 12:42 (UTC +04:00)
«APA-Economics»in Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu ARDNŞ-in iSərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, «Petkim» neft-kimya şirkətinin yerləşdiyi yarımadada Sinqapurdakı kimi neft-kimya kompleksinin yaradılması nəzərdə tutulur.

Bu ərazidə elektrik stansiyası, külək enerji qurğularının qurulacağı və limanın tikiləcəyini bildirən V.Əliyev qeyd edib ki, artıq 2025-ci ildə investisiyaların həcmi 15 mlrd. dollara çatacaq.

Bundan başqa, Azərbaycan tərəfi Türkiyədə qaz şəbəkələri də almaq niyyətindədir. Azərbaycandan Türkiyəyə qazın nəql edildiyini xatırladan V.Əliyevin sözlərinə görə, Azərbaycan tərəfi həmin qazı burada özü satmaq niyyətindədir: «Bu plan çərçivəsində Türkiyədə qazpaylayıcı şəbəkələr sahəsinə daxil olmağı planlaşdırırıq. Bu sahədə yer almaq bizim üçün böyük üstünlük olacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR