Bank Of Baku

Azərbaycanda yüngül sənaye istehsalı son bir ildə 21% artıb

Azərbaycanda yüngül sənaye istehsalı son bir ildə 21% artıb
# 01 dekabr 2011 06:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 60,6 mln. manatlıq və ya ötən ilin analoji dövrünə nisbətən 21,4% çox məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əsas məhsullardan 5,7 min ton pambıq lifi, 7,7 min ton pambıq iplik, 1,1 min kv. metr xalça və xalça məmulatları, 2,5 mln. cüt corab məmulatları, kişi və oğlanlar üçün 63,6 min ədəd kostyumlar və s. məhsullar istehsal edilib.

Bununla yanaşı, 2011-ci il noyabrın 1-nə sahə müəssisələrinin anbarlarında 13,3 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 5,5%-i qədər hazır məhsul qalığı olub ki, bu da ötən ilin yanvar-oktyabr aylarına nisbətən 23,1% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR