Bank Of Baku

Avropa Birliyi Rusiyadan qaz idxalını ildə 150 mlrd. kubmetrə çatdıracaq

Avropa Birliyi Rusiyadan qaz idxalını ildə 150 mlrd. kubmetrə çatdıracaq
# 01 dekabr 2011 14:11 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Birliyi (AB) Rusiyadan qaz idxalını yaxın 10 ildə illik 125 mlrd. kubmetrdən 150 mlrd. kubmetrə çatdırmağı planlaşdırır. “APA-Economics”in xəbərinə görə, bu barədə Moskvada səfərdə olan energetika məsələləri üzrə avrokomissar Günter Ottinger bildirib.

Onun sözlərinə görə, hazırda Avropada illik qaz istehlakı 530 mlrd. kubmetr təşkil edir ki, bunun ¼-i Rusiyadan idxal olunan payına düşür: “Yaxın gələcəkdə AB ölkələrində qaz istehlakı 600 mlrd. kubmetrə yüksələcək, Avropa ölkələrində qaz hasilatı isə aşağı düşəcək”.

“Bu səbəbdən aparıcı tərəfdaşlarımız - Rusiya, Norveç və Əlcəzair Avropaya qaz ixracında həm kəmiyyət, həm də faiz göstəricisi üzrə öz rollarını artıracaqlar” - deyə G.Ottinger qeyd edib.

Qeyd edək ki, bu gün Moskvada Rusiya-AB enerji dialoqu çərçivəsində Daimi Tərəfdaşlıq Şurasının iclası keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR