Bank Of Baku

Azərbaycanın kimya sənayesində istehsal 7% artıb

Azərbaycanın kimya sənayesində istehsal 7% artıb
# 02 dekabr 2011 06:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 201,2 mln. manatlıq və ya ötən ilin eyni dövrünə nisbətən 7,2% çox məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əvvəlki ilin 10 ayı ilə müqayisədə məhsul istehsalı kimya sənayesində 36%, rezin və plastmas məmulatları istehsalında 24,5% artıb, əczaçılıq məhsullarının istehsalında isə 16% azalıb: «Əsas kimya məhsullarından polietilenin istehsalında 1,5 dəfə, kaustik sodanın istehsalında 2,8 dəfə, propilenin istehsalında 2,9% artım müşahidə olunub. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların istehsalı 46%, polimer örtüklərin istehsalı isə 32,4% artıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR