Bank Of Baku

Bakı-Ceyhan kəməri ilə ixrac olunan neft son bir ildə 32% bahalaşıb

Bakı-Ceyhan kəməri ilə ixrac olunan neft son bir ildə 32% bahalaşıb
# 02 dekabr 2011 10:49 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin noyabr ayında dünya bazarında «Brent» tipli xam neftin 1 bareli 110,66 dollara, «Urals» nefti – 110,54 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 113,77 dollara satılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, oktyabrdakı qiymətlərə nisbətən noyabrda «Brent» nefti 1,1%, «Urals» nefti 2,2%, BTC FOB Ceyhan tipli xam neft isə 2,4% bahalaşıb.

Ötən ilin noyabr ayı ilə müqayisədə «Brent» neftinin qiyməti 29,7%, «Urals» nefti 30,5%, BTC FOB Ceyhan tipli xam neft isə 32% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR