Bank Of Baku

Novorossiyskdən nəql olunan Azərbaycan neftinin həcmi 3,7 dəfə artıb

Novorossiyskdən nəql olunan Azərbaycan neftinin həcmi 3,7 dəfə artıb
# 02 dekabr 2011 13:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin noyabr ayında Novorossiysk limanından 294 071 ton, Supsa limanından 238 647 ton, Ceyhan limanından 1 455 383 ton xam neft ixrac edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, oktyabr ayına nisbətən Novorossiysk limanından ixrac olunan neftin həcmi 3,7 dəfə, Supsa limanından 1,5 dəfə artıb, Ceyhan limanından neft ixracı isə 1,5 dəfə azalıb.

Ümumilikdə yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 1 832 765 ton, Supsa limanından 2 490 414 ton, Ceyhan limanından isə 21 324 024 ton xam neft ixrac edilib.

ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-a məxsus xam neft həcmlərini əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR