Bank Of Baku

Azərbaycanın metallurgiya sənayesində istehsalın həcmi 70% artıb

Azərbaycanın metallurgiya sənayesində istehsalın həcmi 70% artıb
# 02 dekabr 2011 13:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 228,2 mln. manatlıq və ya 68% çox məhsul istehsal olunmuş və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə istehsalın həcmi metallurgiya sənayesində 1,9 dəfə artıb, hazır metal məmulatlarının istehsalı sahəsində isə 5,2% azalıb.

«Yanvar-oktyabr ayları ərzində bu sahədə 175 min ton və ya 1,9 dəfə çox polad tökmə məhsulları, 144,8 min ton və ya 37,4% çox armatur, 83,8 min ton və ya 2,7 dəfə çox polad borular istehsal edilib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR