Bank Of Baku

Son bir ildə neft məhsulları 18-36% bahalaşıb

Son bir ildə neft məhsulları 18-36% bahalaşıb
# 02 dekabr 2011 14:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin noyabr ayında 10 216 ton avtomobil benzini, 100 070 ton dizel yanacağı, 3 901 ton təyyarə yanacağı ixrac edib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, 2011-ci ilin yanvar-noyabr ayları ərzində 89 002 ton avtomobil benzini, 1 175 680 ton dizel yanacağı, 73 545 ton təyyarə yanacağı, 5 571 ton soba mazutu ixrac edilib. Ötən ilin eyni dövrünə nisbətən avtomobil benzininin ixracı təqribən 2 dəfə, dizel yanacağı 18%, təyyarə yanacağı 29,7% azalıb, soba mazutunun ixracı isə 5,9 dəfə artıb.

Noyabrda dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 917,49 dollar, təyyarə yanacağı 1 019,11 dollar, dizel yanacağı 966,23 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 660,18 dollar təşkil edib.

Ötən ilin noyabrına nisbətən avtomobil benzininin qiyməti 18,5%, təyyarə yanacağının qiyməti 33,9%, dizel yanacağının qiyməti 35,1%, mazutun qiyməti 38,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR