Bank Of Baku

Azərbaycanda yeni ali təhsil məktəbi yaradılıb

Azərbaycanda yeni ali təhsil məktəbi yaradılıb
# 05 dekabr 2011 10:14 (UTC +04:00)
Dövlət başçısının 29 noyabr 2011-ci il tarixli fərmanı əsasında ali məktəbin yaradılmasında məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları ilə təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə ehtiyacını ödəməkdir. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, Ali Neft Məktəbində neft sahəsinə aid ixtisaslar – neft mühəndisliyi, neft emalı, neft-kimya, neft-qaz sahələri üzrə ixtisaslar tədris olunacaq.

Ali məktəbə qəbul digər ali məktəblərdə olduğu kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi qəbul imtahanları üsulu ilə aparılacaq.

Ali məktəbin fəaliyyətini ən yüksək standartlara uyğun təşkil etmək üçün inkişaf etmiş dövlətlərin aparıcı elm və təhsil mərkəzləri ilə sıx əlaqələrin yaradılması nəzərdə tutulub. Tədris prosesinin Azərbaycan və ingilis dillərində təşkil ediləcəyi ali məktəbdə ilk tələbələr 2012-ci ilin sentyabr ayında təhsil almağa başlayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR