Bank Of Baku

Səudiyyə Ərəbistanında gündəlik neft hasilatı 10 mln. bareli keçib

Səudiyyə Ərəbistanında gündəlik neft hasilatı 10 mln. bareli keçib
# 05 dekabr 2011 12:57 (UTC +04:00)
Bakı - APA-Economics. Səudiyyə Ərəbistanında gündəlik neft hasilatı 10 mln. bareli keçib. “APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə krallığın neft naziri Əli ən-Nəimi açıqlama verib.

Onun sözlərinə görə, hazırda ölkə yüksək hasilat səviyyəsi hesabına dünya bazarında sabitliyi təmin edir. Bu ilin aprelində Səudiyyə Ərəbistanında gündəlik neft hasilatı 8,8 mln. barel olub.

Qeyd edək ki, OPEK tərəfindən Səudiyyə Ərəbistanı üçün müəyyənləşdirilən kvota günə 8,05 mln. barel neft təşkil edir. Beynəlxalq Enerji Təşkilatı cari ildə krallığın bu məhdudiyyəti dəfələrlə pozduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR