Bank Of Baku

BP: Meksika körfəzində baş verən neft axını ilə bağlı vacib dəlillər məhv edilib

BP: Meksika körfəzində baş verən neft axını ilə bağlı vacib dəlillər məhv edilib
# 06 dekabr 2011 09:56 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyanın BP (British Petroleum) şirkəti tərəfdaşı olan “Halliburton” (ABŞ) şirkətini Meksika körfəzində baş verən neft axını ilə bağlı vacib dəlilləri məhv etməkdə ittiham edib.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, ittihamlar ABŞ-ın Yeni Orlean (Luiziana ştatı) şəhər məhkəməsində keçirilən dinləmələrdə səsləndirilib.

BP bəyan edib ki, “Halliburton” şirkəti qəzanın baş verdiyi “BP Makonda” quyusunda istifadə olunan sementin keyfiyyət testinin nəticələrini məhv edib. Qəzanın səbəblərindən biri kimi məhz keyfiyyətsiz sement göstərilir. “Halliburton” isə bütün ittihamları rədd edir.

Qeyd edək ki, ötən il aprelin 20-də Meksika körfəzində, ABŞ-ın Luiziana ştatının sahillərindən 80 kilometr məsafədə yerləşən BP-nin “Deepwater Horizon” platformasında partlayış baş verib. Nəticədə 11 nəfər ölüb, 7 nəfərin ağır yaralanıb, aprelin 22-də isə platforma qəzaya uğrayıb. Suya axan neft regionda ekoloji fəlakət yaradaraq, ABŞ-ın Luiziana, Alabama, Florida, Texas və Missisipi ştatlarına ciddi zərər vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR