Bank Of Baku

Azərbaycanın mayeləşdirilmiş qazının Avropaya nəqlinə hazırlıq başlayıb

Azərbaycanın mayeləşdirilmiş qazının Avropaya nəqlinə hazırlıq başlayıb
# 06 dekabr 2011 15:27 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın mayeləşdirilmiş qazının Avropaya nəqlini nəzərdə tutan layihəyə hazırlıq işlərinə start verilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, “SC AGRI LNG Project Company SRL” (AGRI) şirkəti bu layihənin texniki-iqtisadi əsaslandırılması üçün təkliflər sorğusu elan edib. Texniki-iqtisadi əsaslandırmada “Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İnterkonnektor” enerji əməkdaşlığı layihəsinin texniki, maliyyə və iqtisadi rentabelliyi qiymətləndirilməlidir.

Qeyd edək ki, AGRI layihəsi Xəzər bölgəsində hasil edilən təbii qazın Azərbaycan və Gürcüstan ərazisindən nəql edilərək mayeləşdirilməsini, daha sonra Qara dəniz üzərindən Rumıniya və Macarıstana, potensial olaraq digər Avropa bazarlarına daşınmasını nəzərdə tutur. Təkliflər Sorğusunu elan etməklə AGRI şirkəti layihənin texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə işlər və xidmətlər vasitəsilə, texniki və iqtisadi analizə əsaslanan icra ssenarilərini təyin etmək məqsədilə məsləhətçini seçmək niyyətindədir. Təkliflər sorğusunun məqsədi tender prosesinə uyğun şərtləri və AGRI layihəsi ilə bağlı təkliflərin verilməsi prosedurlarını təyin etməkdir. Elana əsasən AGRI şirkəti texniki-iqtisadi əsaslandırmanı hazırlamaq üçün müvafiq təcrübə və imkanlara malik bütün şirkətləri 19 yanvar 2012-ci il tarixinədək öz təkliflərini təqdim etməyə dəvət edir. AGRI-nin səhmdarları ARDNŞ, Gürcüstan Neft və Qaz Korporasiyası, Macarıstanın MVM və Rumıniyanın “Romgaz” şirkətləridir. AGRI şirkətinin Direktorlar Şurasının sədri ARDNŞ-ın təmsilçisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR