Bank Of Baku

Azərbaycan Pakistanda neft hasilatı ilə məşğul olmaq istəyir

Azərbaycan Pakistanda neft hasilatı ilə məşğul olmaq istəyir
# 06 dekabr 2011 15:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Pakistan İslam Respublikasının iqtisadi məsələlər və statistika nazirinin müavini Himayətullah Xanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin ümumi vəziyyəti, aparılan islahatlar və iki ölkə arasında qarşılıqlı iqtisadi münasibətlər, energetika sahəsində əməkdaşlıq barədə müzakirələr aparılıb, o cümlədən iki ölkə arasında neft-qaz və energetika sahəsində əməkdaşlığın perspektivlərinə toxunulub.

N.Əliyev Azərbaycanın bu sahələrdə zəngin təcrübəyə malik olduğunu və Pakistanın neft-qaz ehtiyatlarının öyrənilməsi, kəşfiyyatı, həmçinin təhlili prosesində fəal iştirak edə biləcəyini deyib. Pakistanlı qonaq bu təklifi maraqla qarşılayaraq, məsələnin Azərbaycan-Pakistan arasında keçiriləcək hökumətlərarası komissiyanın 5-ci iclasında müzakirə edilməsinin zəruriliyini və bu məsələnin iclasın protokoluna salınmasının vacibliyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR