Bank Of Baku

«Azərkimya»da yeni qablaşdırma xətti quraşdırılıb

«Azərkimya»da yeni qablaşdırma xətti quraşdırılıb
# 06 dekabr 2011 16:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyi Etilen-polietilen zavodunun “EP-300” istehsalat sahəsində və texniki izopropil sexində əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb.

ARDNŞ-dan “APA-Economics”ə verilən xəbərə görə, analoji texniki yeniləşmə tədbirləri hazırda müəssisənin «Polimir-120» kompleksində də həyata keçirilir. Müasir və istismar baxımından daha əlverişli olan yeni qablaşdırma maşınının əldə olunması məqsədilə “Azərikimya” İB-nin cari ilin əvvəlində elan etdiyi tenderdə Türkiyə və Almaniya şirkətlərinin istehsalı olan qablaşdırma qurğusu seçilib.

Bu günlərdə yeni qablaşdırma maşınının quraşdırılması işləri başa çatdırılıb, maşın test sınağından keçirilib. Uzun illərdir istismarda olan və məhsuldarlığı saatda 7 tona düşmüş köhnə qurğudan fərqli olaraq yeni maşının istehsal gücü saatda 30 tona yaxındır. Bu isə son məhsulun fasiləsiz və keyfiyyətlə qablaşdırılmasına, alıcılara vaxtında çatdırılmasına imkan verəcək. Yeni qurğu enerji sərfi, təhlükəsizlik və ekoloji baxımdan da daha əlverişlidir. Yeni qurğuya xidmət etmək üçün alman və türk mütəxəssisləri tərəfindən qısamüddətli treninq keçirilib və fasiləsiz iş rejimi üzrə 9 nəfər operatorun hazırlanması təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR