Bank Of Baku

Avropa Birliyi İranın neft şirkətlərinə sanksiya tətbiqi məsələsində ABŞ və Rusiyadan razılıq gözləyir

Avropa Birliyi İranın neft şirkətlərinə sanksiya tətbiqi məsələsində ABŞ və Rusiyadan razılıq gözləyir
# 07 dekabr 2011 13:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Avropa Birliyinə üzv olan ölkələr İrandan neft məhsulları idxal edən şirkətlərə qarşı sanksiya tətbiqi məsələsində razılığa gəliblər. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger bildirib.

Onun sözlərinə görə, əgər ABŞ və Rusiya məsələ ilə bağlı razılığa gəlsələr, sanksiyanın tezliklə tətbiqi qaçılmazdır.

Qeyd edək ki, Avropa Birliyi ölkələrinin 13%-i İrandan neft məhsulları idxal edir. Ancaq sanksiya məsələsində əsas tərəddüd edən ölkələr İtaliya, Yunanıstan və İspaniyadır. Onlar demək olar ki, İran neftindən asılı vəziyyətdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR