Bank Of Baku

Sənaye və Energetika Nazirliyi: “Evrovision” müsabiqəsi zamanı Azərbaycanın enerji sistemi heç bir problemlə qarşılaşmayacaq”

Sənaye və Energetika Nazirliyi: “Evrovision” müsabiqəsi zamanı Azərbaycanın enerji sistemi heç bir problemlə qarşılaşmayacaq”
# 07 dekabr 2011 16:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov-APA-Economics. 2012-ci ilin may ayında Azərbaycan Respublikasında keçiriləcək “Evrovision” beynəlxalq mahnı müsabiqəsi zamanı elektrik enerjisinə olan tələbatın artımı ilə əlaqədar Azərbaycan enerji sistemi heç bir problemlə qarşılaşmayacaq. Sənaye və Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu barədə nazirliyə «Azərenerji» ASC-dən bildirilib.

Nazirlikdən bildirilib ki, hazırda Azərbaycanın enerji sistemi 1000 MVt ehtiyat gücə malikdir. “Evrovision” beynəlxalq mahnı müsabiqəsi keçiriləcək yerlərin elektrik enerjisi təchizatı sxemləri hazırlanıb və ən yüksək etibarlılıq meyarlarına cavab verir. Hal-hazırda gücü 240 MVA olan və ən müasir avadanlıqlarla təchiz olunacaq yeraltı 1003510 kV-luq “Bayıl” yarımstansiyası inşa edilir. Bundan əlavə, 3 ədəd 6 kV-luq yarımstansiyanın tikintisi, 12 MVt gücündə avtonom ehtiyat dizel-generatorların və 10 MVt gücündə kəsilməz qida mənbəyinin (UPS) quraşdırılması nəzərdə tutulur. “Evrovision” beynəlxalq mahnı müsabiqəsi zamanı elektrik enerjisinə olan tələbatın artımını ödəmək məqsədi ilə müvəqqəti elektrik stansiyasının tikintisi ilə bağlı “APR Energy” şirkəti təkliflər irəli sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR