Bank Of Baku

ARDNŞ məhkəməyə verilib

ARDNŞ məhkəməyə verilib
# 08 dekabr 2011 10:23 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Tağıyev” şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinə (İB) və üçüncü şəxs kimi Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinə qarşı birinci məhkəmənin hökmündən apellyasiya şikayəti verib. Şikayət əsasında Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib. Baxış iclası isə dekabrın 14-nə təyin olunub.

Şirkət sənaye üzrə inventarizasiya aktının etibarsız hesab olunması, təbii qazdan qeyri-qanuni istifadə nəticəsində vurulmuş ziyan barədə tərtib edilmiş aktın ləğv edilməsi iddiası ilə əvvəlcə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib.

Lakin iddia təmin olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR