Bank Of Baku

Çində nəhəng şist qazı yataqları kəşf edilib

Çində nəhəng şist qazı yataqları kəşf edilib
# 08 dekabr 2011 14:15 (UTC +04:00)
Bakı - APA-Economics. Çinin Sıçuan əyalətində nəhəng şist qazı yataqları kəşf edilib. “APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, bu barədə Çinin “PetroChina” neft-qaz şirkəti açıqlama yayıb.

Artıq “PetroChina” və “Royal Dutch Shell” (İngiltərə-Hollandiya) şirkətləri tərəfindən 20 kəşfiyyat quyusu qazılıb, onların hər birindən sutkada 10 min kubmetr qaz çıxarılır.

Çin şist qazının kommersiya hasilatına başlamasa da, adı çəkilən şirkətlərdən başqa, “Sinopec”, BP və “Chevron” şirkətləri də bu sahədə kəşfiyyat layihələri həyata keçirirlər. Çin ilk şist qazını 2015-ci ildə çıxarmağı planlaşdırır.

Dünyanın ən nəhəng şist qazı ehtiyatları Çində yerləşir. Bu ölkənin şist qazı ehtiyatlarının həcmi 36 mlrd. kubmetr həcmində qiymətləndirilir. Çində qaz istehlakı indiki səviyyədə qalarsa, bu ehtiyatlar 300 ilə kifayət edər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR