Bank Of Baku

ARDNŞ prezidenti Vaşinqtonda Türk-Amerika Alyansının rəhbəri ilə görüşüb

ARDNŞ prezidenti Vaşinqtonda Türk-Amerika Alyansının rəhbəri ilə görüşüb
# 09 dekabr 2011 15:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-da səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtona gəlib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, ARDNŞ prezidenti burada Türk-Amerika Birliyində olub, Alyansın rəhbəri Faruk Tabanla görüşüb.

Görüşdə F.Taban uzun müddətdir ABŞ-da fəaliyyət göstərən təşkilatın müxtəlif bölgələrdə həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O bildirib ki, Türk-Amerika Birliyinin əsas məqsədi yalnız Türkiyənin deyil, eyni zamanda Azərbaycan, Qazaxıstan, Özbəkistan kimi dövlətlərin tanıdılması istiqamətində ABŞ Senatında, parlamentində və əyalətlərin hakim dairələrində məqsədyönlü iş aparmaq, Amerika ictimaiyyətinə bu ölkələr haqqında obyektiv məlumatlar çatdırmaqdır.

Görüşdə Türkiyənin Azərbaycana hər zaman dəstək verdiyini deyən R.Abdullayev, ARDNŞ-in bu ölkədə böyük həcmdə sərmayə layihələri həyata keçirdiyini qeyd edərək bu kimi layihələrlə ikitərəfli münasibətlərin daha yüksək mərhələyə çatacağına əminliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR