Bank Of Baku

Yaxın günlərdə Etilen-polietilen zavodunda yeni ekoloji təmiz qızdırıcı qurğu istismara veriləcək

Yaxın günlərdə Etilen-polietilen zavodunda yeni ekoloji təmiz qızdırıcı qurğu istismara veriləcək
# 10 dekabr 2011 16:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunun izopropil qurğusunda Almaniyanın «Lurge» şirkətinin istehsalı olan qızdırıcı aparatın quraşdırılması və sınaq işləri başa çatdırılıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, yaxın günlərdə istismara verilməsi nəzərdə tutulan, bütün parametrləri ilə müasir ekoloji standartlara cavab verən bu qurğu müəssisənin əsas istehsalat sahələrindən olan texniki izopropil sexində uzun illər davam edən ekoloji problemin aradan qaldırılmasında mühüm rol oynayacaq.

Yeni qızdırıcı aparatın quraşdırılması külli miqdarda xammala və maliyyə vəsaitinə qənaət olunmasına imkan yaradacaq. Eyni zamanda bu yenilik yalnız izopropil sexində deyil, bütünlükdə Etilen-polietilen zavodu ərazisində, eləcə də Sumqayıt sənaye zonasında ekoloji mühitin qorunması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR