Bank Of Baku

İran Xəzər dənizində yeni qaz yatağı kəşf edib

İran Xəzər dənizində yeni qaz yatağı kəşf edib
# 12 dekabr 2011 07:40 (UTC +04:00)
APA-Economics”in “CBS News”a istinadən xəbərinə görə, bu barədə İranın neft naziri Rüstəm Kazımi açıqlama verib.

Onun sözlərinə görə, yatağın potensial qaz ehtiyatları 1,4 trln. kubmetr təşkil edir. Amma nazir yatağın dəqiq yerini açıqlamayıb.

Qeyd edək ki, İran hökuməti ölkəyə qarşı tətbiq olunan beynəlxalq sanksiyaların fonunda neft-qaz sektoruna xarici investisiyalar cəlb etməyə çaılışır.

İranın kəşf olunmuş qaz ehtiyatlarının həcmi 29,61 trln. kubmetr təşkil edir. İran neft ehtiyatlarının həcminə görə dünyada üçüncü, qaz ehtiyatlarının həcminə görə ikinci yerdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR