Bank Of Baku

Rövnəq Abdullayev: “Qazdan boğulma hallarının ARDNŞ-a heç bir aidiyyəti yoxdur”

Rövnəq Abdullayev: “Qazdan boğulma hallarının ARDNŞ-a heç bir aidiyyəti yoxdur”
# 12 dekabr 2011 08:07 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev son vaxtlar ölkədə qazdan boğulma hallarının artmasına münasibət bildirib.

APA-Economics”in xəbərinə görə, R.Abdullayev deyib ki, qazdan boğulma hallarının ARDNŞ-a heç bir aidiyyəti yoxdur: “Qazdan boğulma halları əsasən tüstü bacalarının tutulması nəticəsində baş verir. Kiminsə tüstü bacası tutulub ölürsə, bu bizim günahımız deyil”.

ARDNŞ prezidenti vətəndaşları evlərindəki tüstü bacalarına nəzarət etməyə, aldıqları qaz sobalarına diqqət yetirməyə çağırıb: “Yaşayış binalarındakı tüstü bacalarını ARDNŞ deyil, müvafiq MİS-lər təmizləməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR