Bank Of Baku

Azərbaycan qazının Avropaya nəqli marşrutunun seçilməsi prosesi gələn ilin əvvəlində başa çatacaq

Azərbaycan qazının Avropaya nəqli marşrutunun seçilməsi prosesi gələn ilin əvvəlində başa çatacaq
# 12 dekabr 2011 08:26 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Qeyd edək ki, «Sahdəniz» konsorsiumu Azərbaycan qazının Avropaya nəqli ilə bağlı 4 nəqletmə layihəsinə baxır. Bu, «Nabucco», TransAdriatic Pipeline (TAP) və ITGI (Trkiyə-Yunanıstan-İtaliya), eləcə də BP-nin təqdim etdiyi Cənubi Avropa boru kəməri layihələridir.

R.Abdullayev bildirib ki, hazırda operator şirkətlər tərəfindən təqdim olunan əsas kommersiya və texniki təkliflərin detallı öyrənilməsi prosesi gedir: «Bu proses gələn ilin I rübündə yekunlaşacaq».

ARDNŞ prezidenti «Nabucco» layihəsinin reallaşmayacağı və artıq aktual olmaması barədə proqnozları da təkzib edib: «Mən bilmirəm, bu proqnozu nəyə əsasən verirlər. «Nabucco» layihəsi TAP və ITGI layihələri ilə bir yerdə baxılmaq mərhələsindədir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR