Bank Of Baku

Azərbaycan elektrik enerjisi istehsalını 27% artırıb

Azərbaycan elektrik enerjisi istehsalını 27% artırıb
# 12 dekabr 2011 10:02 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanın enerji sistemində 1,9 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu isə oktyabr ayına nisbətən 27%, 2010-cu ilin noyabrına nisbətən isə 18,8% artıqdır.

«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, noyabrda enerji istehsalının 1,7 mlrd. kVt/saatı istilik elektrik stansiyaları (İES), 0,2 mlrd. kVt/saatı isə su elektrik stansiyalarının (SES) payına düşüb.

Ötən ay həmçinin Rusiya, İran, Türkiyə və Gürcüstan ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Ümumilikdə, 2011-ci ilin yanvar-noyabr ayları ərzində enerji sistemində 17,9 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib və bu, ötən ilin eyni dövrünə nisbətən 7,2% çoxdur. Bu dövrdə istehsal olunan enerjinin 15,4 mlrd. kVt/saata yaxını İES-lərin, 2,5 mlrd. kVt/saata yaxını isə SES-lərin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR