Bank Of Baku

“Bakıelektrikşəbəkə”nin rəhbəri: “Qış aylarında əhalinin enerji təminatında problem olmayacaq”

“Bakıelektrikşəbəkə”nin rəhbəri: “Qış aylarında əhalinin enerji təminatında problem olmayacaq”
# 12 dekabr 2011 12:19 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA-Economics. “Hazırda Bakı şəhərinin elektrik enerjisi ilə təmin olunmasında heç bir problem yoxdur. Qış aylarında da paytaxt əhalisinin enerji təminatında problem olmayacaq”. Bunu “APA-Economics”ə açıqlamasında “Bakıelektrikşəbəkə” ASC İdarə Heyətinin sədri Baba Rzayev deyib.

O, paytaxtda elektrik xətlərinin dəyişdirilməsi işinin proqram üzrə davam etdirildiyini bildirib. B.Rzayev əhalinin istifadə etdikləri elektrik enerjisinə görə ödəmə faizinin yüksək olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR