Bank Of Baku

«Azərbaycanda Xüsusi İqtisadi Zonaların və Sənaye Şəhərciklərinin İnkişafı» Layihəsinə dair başlanğıc iclası keçirilib

«Azərbaycanda Xüsusi İqtisadi Zonaların və Sənaye Şəhərciklərinin İnkişafı» Layihəsinə dair başlanğıc iclası keçirilib
# 13 dekabr 2011 13:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) «Azərbaycanda Xüsusi İqtisadi Zonaların (XİZ) və Sənaye Şəhərciklərinin (SŞ) İnkişafı» Layihəsinə dair başlanğıc iclası keçirilib.

KOICA-dan «APA-Economics»ə verilən məlumata görə, Koreya höküməti adından KOICA layihənin 2011-2012-ci illərdə 18 ay ərzində həyata keçirilməsi üçün 1 mln. dolları həcmində büdcə ayırıb.

Layihənin məqsədləri Azərbaycanda yerli və xarici investisiyaların həvəsləndirilməsinə imkan verən sənaye müəssisələrinin yerləşməsi üçün ərazinin müəyyənləşdirilməsi, sənaye sahələrinin inkişafı və idarə edilməsi üçün təkmilləşdirmə siyasəti və strategiyasının hazırlanması, XİZ-ə dair Qanununa yenidən baxılması və siyasətin həyata keçirilməsinin səmərəliliyini və ardıcıllığını təmin etmək üçün gələcək hüquqi və tənzimləyici çərçivənin inkişaf etdirilməsi, institusional və kadr potensialını artırmaqla sənayenin yerləşməsi siyasətini inkişaf etdirmək və XİZ-lərin və SŞ-lərinin inkişafı və idarə edilməsi üçün yeni sistem və institusional quruluşun yaradılmasıdır.

KOICA dövlətin qrant yardımını və texniki əməkdaşlıq proqramlarını həyata keçirən Koreyanın dövlət agentliyidir. KOICA-nın əməkdaşlıq etdiyi 43 ölkədə nümayəndəliyi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR