Bank Of Baku

Dünya neft bazarında qiymətlərin necə dəyişəcəyi bilinmir

Dünya neft bazarında qiymətlərin necə dəyişəcəyi bilinmir
# 13 dekabr 2011 15:03 (UTC +04:00)
Hazırda bir il sonraya bağlanan neft müqavilələrində qiymətlər 1 barel üçün 50-150 dollar arasında dəyişir. Belə ki, bir ildən sonra neftin qiymətinin 130-150 dollar arasında dəyişəcəyini nəzərdə tutan müqavilələrin sayı 25% artaraq 93 500-ə çatıb. Buna baxmayaraq, neftin qiymətinin 45-60 dollar arasında dəyişəcəyini nəzərdə tutan müqavilələr də 33% artaraq 60 minə yaxınlaşıb.

«APA-Economics»in «The Financial Times»a istinadən verdiyi məlumata görə, buna səbəb İran ətrafında yaranmış vəziyyət və Avropadakı maliyyə böhranıdır. «Yaxın Şərqdəki vəziyyət qiymətləri kəskin artıra, Avrozonanın problemləri isə azalda bilər», - deyə «Citigroup»un baş energetika strateqi Set Kleynman bildirib.

Qeyd edək ki, bir qədər əvvəl İran nümayəndələri Avropanın İran neftinə embarqo qoyacağı halda neftin qiymətinin 250 dollara qədər artacağını bildirmişdilər. Avropanın sentyabrda başlayan borc böhranı isə tənəzzülə səbəb olmaqla neftə tətəbatı azalda və qiymətləri aşağı sala bilər. Ekspertlər ikinci variantı daha real sayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR