Bank Of Baku

Koreya Azərbaycanla neft-kimya sahəsində əməkdaşlıq etmək istəyir

Koreya Azərbaycanla neft-kimya sahəsində əməkdaşlıq etmək istəyir
# 13 dekabr 2011 15:53 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Koreya Azərbaycanla neft-kimya sahəsində əməkdaşlıq etmək niyyətindədir. “APA-Economics”in məlumatına görə, bunu Koreyanın Azərbaycandakı səfiri Li Ji-Ha bildirib.

Onun sözlərinə görə, Koreya şirkətləri Azərbaycanla iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq etmək marağındadır. Neft-kimya sahəsində fəaliyyət göstərən və Koreyanın sayca üçüncü iri şirkəti (şirkətin fondu 100 mlrd. ABŞ dollarıdır) olan SK Azərbaycanda neft-kimya kompleksinin tikintisində iştirak etməkdə maraqlıdır.

Səfir bildirib ki, SK şirkətinin rəhbərliyi oktyabr-noyabr aylarında Azərbaycanda səfərdə olub və bu sahəyə maraqlarını məhz həmin vaxt bildirib.

İki ölkənin sıx əməkdaşlığından danışan Li Ji Ha qeyd edib ki, təkcə 2011-ci ildə Koreya Azərbaycanla «Elektron hökumət»in yaradılması, su resurslarının inkişafı, ekologiya və təhsil sahələrində əməkdaşlıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR