Bank Of Baku

«Azəriqaz» İB: Bədbəxt hadisələrin əsas səbəbi təhlükəsizlik qaydalarına riayət edilməməsidir

«Azəriqaz» İB: Bədbəxt hadisələrin əsas səbəbi təhlükəsizlik qaydalarına riayət edilməməsidir
# 14 dekabr 2011 08:23 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyi baş direktorunun əməyin mühafizəsi üzrə müavini Aydınbəy Amanov bildirib.

Onun sözlərinə görə, baş verən bədbəxt hadisələrin əsas səbəbləri istehlakçılar tərəfindən təhlükəsizlik qaydalarına düzgün riayət edilməməsi, aidiyyəti təşkilatların balanslarında olan binalarda, eləcə də fərdi yaşayış evlərində tüstü bacaları və ventilyasiya kanallarının vaxtında təmizlənməməsi və ya təmir etdirilməməsidir: «Araşdırmalar göstərir ki, bu hadisələrin səbəbləri arasında vaxtilə isti su ilə təchiz edilmiş yaşayış binalarında isti su təminatının tamamilə pozulması da var».

Qeyd edək ki, təkcə Bakı şəhərində isti su ilə təminatı pozulmuş 150 min mənzil mövcuddur. A.Amanovun dediyinə görə, bunun nəticəsində təbii qazla işləyən su qızdırıcılarının texniki normalara cavab verməyən vanna otaqlarına quraşdırılması, bu zaman çıxışların ventilyasiya kanallarına və şaxtalara birləşdirilməsi baş verir. Bu da son nəticədə bədbəxt hadisələrin baş verməsinə səbəb olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR