Bank Of Baku

Azərbaycan paytaxtında binaların 95%-nin tüstü bacasında problem var

Azərbaycan paytaxtında binaların 95%-nin tüstü bacasında problem var
# 14 dekabr 2011 10:53 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Yanğın Texniki İstehsalat Mərkəzinin baş direktoru Aydın Nağıyev bildirib.

A.Nağıyevin sözlərinə görə, bəzi binalarda hətta sakinlər istəsələr belə onun bacalarını təmizləmək mümkün deyil, səbəbi isə şaxtalardan su borularının çəkilməsidir.

A.Nağıyev qeyd edib ki, bina sakinlərinin bir hissəsi binanın damına su çənləri və s. yerləşdirir ki, bunların boruları da məhz şaxtalardan aparılır: «5 və 9 mərtəbəli binaların demək olar ki, hamısında belə problemlər var. Nəticədə, bacalar tutulur».

A.Nağıyev bildirib ki, belə bacaları təmizləmək ümumiyyətlə mümkün deyil: «Hətta sifariş olsa da, belə bacaları təmizləmək mümkün deyil. Yeganə çıxış yolu bu boruların kəsilib çıxarılmasıdır».

Vəziyyətdən çıxış yollarından biri kimi Mərkəz direktoru bu barədə xüsusi qanunun hazırlanmasını və damların üstünün təmizlənməsini təklif edir: «Damların üstü çənlər və su borularından təmizlənməlidir. Başqa yol yoxdur».

Mərkəz rəhbərinin sözlərinə görə, belə vəziyyətin yaranmasının günahkarlarından biri də yerli Mənzil İstismar Sahələridir: «Ən yaxşı çıxış yolu odur ki, binanın yerləşdiyi ərazinin MİS-in rəisi və ya baş mühəndisi heç olmasa 1 dəfə damın üstü barədə xəbər tutsun».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR