Bank Of Baku

Azərbaycanın gündəlik qaz istehlakı 50 mln. Kubmetrdir

Azərbaycanın gündəlik qaz istehlakı 50 mln. Kubmetrdir
# 14 dekabr 2011 11:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Hazırda Azərbaycanda hər gün orta hesabla 50 mln. kubmetr həcmində qaz istifadə olunur. Bu barədə «APA-Economics»ə «Azəriqaz» İB-nin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Aydınbəy Amanov bildirib.

Onun sözlərinə görə, sutka ərzində Bakı şəhərinə 12 mln. kubmetr, Sumqayıta 0,65 mln. kubmetr, Abşeron rayonuna 1 mln. kubmetr, digər rayonlara 8,5-9 mln. kubmetr, sənaye obyektlərinə 2 mln. kubmetr, elektrik stansiyalarına 16 mln. kubmetr, Gürcüstana 4 mln. kubmetr, Rusiyaya 3 mln. kubmetr, İran vasitəsilə Naxçıvana 1,2 mln. kubmetr qaz göndərilir. Nəticədə, ölkədəki gündəlik qaz istehlakı 48-50 mln. kubmetr ətrafındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR