Bank Of Baku

Bakıda ingilis məktəbi tikiləcək

Bakıda ingilis məktəbi tikiləcək
# 14 dekabr 2011 13:05 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirktinin (ARDNŞ) həyata keçirdiyi təhsil layihələri, o cümlədən Bakıda yeni ingilis mərkəzinin tikintisi ilə bağlı planları dekabrın 13-də ARDNŞ prezidenti Rövnəq Abdullayevin Böyük Britaniyanın «Gabbitas» şirkətinin məsləhətçisi Endrü Hyu Monro ilə görüşündə müzakirə olunub.

«APA-Economics»in məlumatına görə, görüşdə R.Abdullayev bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə ARDNŞ-in strukturunda Bakı Ali Neft Məktəbinin (BANM) yaradıldığını bildirib. R.Abdullayev BANM-in beynəlxalq standartlara cavab verən təhsil ocağına çevrilməsi üçün tədbirlər görüldüyüni vurğulayıb və bildirib ki, məktəbdə tədris Azərbaycan və ingilis dillərində aparılacaq: «Bütün dünyada mövcud olan ingilis məktəbləri sisteminə uyğun ibtidai, orta və orta ixtisas təhsili verən məktəblər Azərbaycanda da fəaliyyət göstərir. Biz daha bir belə məktəbin yaradılmasını istəyirik».

«Gabbitas» şirkətinin məsləhətçisi Endrü Hyu Monro ARDNŞ-in Bakıda ingilis məktəbi yaratmaq niyyətini dəstəkləyərək, təmsil etdiyi şirkətin bu sahədə böyük təcrübəsinin olduğunu bildirib. Görüşdə ARDNŞ-in maliyyə vəsaiti hesabına Bakıda yeni ingilis məktəbinin tikilməsi üçün müvafiq ərazi ayrıldığı bildirilib, bu məktəblər sisteminə məxsus standartların tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR