Bank Of Baku

“Total-Azərbaycan” şirkətinin yeni rəhbəri təqdim olunub

“Total-Azərbaycan” şirkətinin yeni rəhbəri təqdim olunub
# 14 dekabr 2011 15:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Total-Azərbaycan” şirkətinin rəhbərliyini qəbul edib.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, “Total-Azərbaycan”ın baş meneceri Maykl Föyad bildirib ki, onun Azərbaycandakı səlahiyyət müddəti başa çatır. M.Föyad çalışdığı müddətdə ARDNŞ ilə hərtərəfli və etibarlı tərəfdaşlıq münasibətlərinin inkişaf edib dərinləşməsi üçün çalışdığını söyləyib.

ARDNŞ prezidenti “Total-Azərbaycan” şirkəti ilə səmərəli əməkdaşlıq münasibətlərinin hazırkı mərhələyə çatmasında M.Föyadın xidmətlərini yüksək qiymətləndirib. R.Abdullayev qeyd edib ki, “Total” ilə ARDNŞ arasında əməkdaşlığın möhkəmlənməsində xüsusi əhəmiyyətə malik “Abşeron” yatağının kəşf olunması məhz M.Föyadın rəhbərliyi dövrünə təsadüf edib.

Sonra M.Föyad “Total-Azərbaycan” şirkətinin yeni təyin olunmuş baş meneceri Kristian Qyudiçellini ARDNŞ rəhbərliyinə təqdim edərək deyib ki, o, həm mühəndis, həm də menecer kimi böyük təcrübəyə malikdir. K.Qyudiçelli indiyə qədərki əmək fəaliyyəti haqda məlumat verib.

Görüşdə istehsalat məsələləri ilə yanaşı, ARDNŞ-ın kadr hazırlığı və təhsil sahələrində həyata keçirdiyi layihələr, o cümlədən yeni yaradılacaq Bakı Ali Neft Məktəbi layihəsi çərçivəsində “Total” şirkəti ilə əməkdaşlığın mümkünlüyü və perspektivləri müzakirə edilib. Tərəflər onları maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR