Bank Of Baku

Gürcüstanda “SOCAR” brendli daha 6 yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Gürcüstanda “SOCAR” brendli daha 6 yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
# 15 dekabr 2011 11:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dekabrın 15-də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda “SOCAR” brendi ilə fəaliyyət göstərən daha 6 yeni yanacaqdoldurma məntəqəsi (YDM) işə başlayıb.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, “SOCAR Georgia Petroleum” MMC tərəfindən inşa edilmiş yeni YDM-lər Sameqrelo-Yuxari Svanetiya bölgəsinin Mestia rayonunda, Kaxetiya bölgəsinin Dedopliçkaro rayonunda, Şida Kartli bölgəsinin Qomi yaşayış məntəqəsində, Çalengixa rayonunun Cvari yaşayış məntəqəsində, Poti şəhərində və Acar Muxtar Respublikasının Keda rayonunda istifadəyə verilib.

Açılış mərasimlərində ARDNŞ-ın Gürcüstandakı nümayəndəliyinin və “SOCAR Energy Georgia” MMC-nin rəhbərləri, yerli icra hakimiyyətlərinin və Gürcüstan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bununla da Gürcüstan ərazisində əhaliyə yüksək keyfiyyətlə xidmət göstərən “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 88-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR