Bank Of Baku

Azərbaycanın xarici dövlətlərin neft-qaz sektoruna birbaşa investisiyaları artır

Azərbaycanın xarici dövlətlərin neft-qaz sektoruna birbaşa investisiyaları artır
# 15 dekabr 2011 14:12 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, xaricdən cəlb edilmiş birbaşa investisiyaların həcmi 3 122,7 mln. dollar, xaricə yönəldilən investisiyalar isə 2 484,3 mln. dollara bərabər olub.

Eyni zamanda, neft-qaz sektoru üzrə birbaşa investisiyalar üzrə də müsbət saldo yaranıb. Belə ki, 2011-ci ilin ilk 9 ayı ərzində Azərbaycanın neft-qaz sektoruna cəlb edilən birbaşa investisiyaların həcmi 2 422,3 mln. dollar, Azərbaycanın xarici ölkələrin neft-qaz sektoruna yatırdığı birbaşa investisiyaları isə 2 233,4 mlrd. dollar təşkil edib. Nəticədə, 188,9 mln. dollar həcmində müsbət saldo yaranıb.

Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarının yekunlarına nisbətən Azərbaycanın neft-qaz sektoruna cəlb edilən birbaşa investisiyaların həcmi 38,1%, Azərbaycanın xarici ölkələrin neft-qaz sektorlarına yönəltdiyi birbaşa investisiyaların həcmi 22,9% artıb. Ötən ilin 9 ayında neft-qaz sektoru üzrə 62,4 mln. manat həcmində mənfi saldo müşahidə olunub.

Azərbaycanın xarici dövlətlərin neft-qaz sektoruna birbaşa investisiyalarının bu dərəcədə yüksək olması əsasən Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrənin yanacaq-energetika və neft-kimya sahələrində iştirakının nəticəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR